O elə bir Zirvə ki...
Bölgələrdəki mədəniyyət müəssisələrində
Ulu öndər Heydər Əliyevin vəfatının (12
dekabr) 20-ci ildönümü münasibətilə müxtəlif
tədbirlər keçirilir, mədəniyyətimizin
böyük himayədarının tarixdəki misilsiz xidmətləri
minnətdarlıqla yad edilir.
Qazax rayon mədəniyyət müəssisələrinin
birgə təşkilatçılığı ilə “Azərbaycan
mədəniyyətinin hamisi” mövzusunda tədbir
keçirilib. Qazax rayon Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdə Ulu öndərin həyatı
və siyasi fəaliyyətinə həsr olunmuş məruzələr
dinlənilib. Dahi liderin mədəniyyətimizin
inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən
bəhs edən film nümayiş olunub.
Qazax rayon Mədəniyyət Mərkəzində “Sən
elə bir zirvəsən...” adlı tədbir təşkil
olunub. Çıxış edən şairlər Ümummilli
liderin Azərbaycan xalqı və dövlətçiliyi naminə
gördüyü misilsiz işlərdən danışıb.
Böyük siyasətçiyə həsr olunan şeirlər
səsləndirilib, konsert proqramı təqdim edilib.
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq
musiqi məktəbinin kollektivi Əyyublu kənd 1 saylı tam
orta məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş konsert proqramı ilə çıxış edib. Məktəbin
müəllim və şagirdlərinin ifasında vətənpərvərlik
ruhlu mahnılar səsləndirilib.
***
Şirvan şəhər Heydər Əliyev Mərkəzi
və Şirvan Gənclər evinin birgə təşkilatçılığı
ilə “Dahiliyin Heydər Əliyev zirvəsi” adlı tədbir
təşkil edilib. Çıxış edənlər
tariximizin parlaq səhifələrini yazan Ulu öndər Heydər
Əliyevə olan ümumxalq sevgisindən
danışıblar. Məktəblilər dahi siyasətçiyə
həsr edilən şeirlər söyləyiblər. Sonda Heydər
Əliyev haqqındaə sənədli film nümayiş
etdirilib.
Salyan rayon Heydər Əliyev Mərkəzində
keçirilən anım tədbirində də Ümummilli
liderin həyat yolundan, siyasi fəaliyyətinin müxtəlif
səhifələrindən söz açılıb.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində
keçirilən tədbirdə öncə “Ümummilli lider
Heydər Əliyev və Azərbaycan mədəniyyəti”
adlı sərgiyə baxış olub. Çıxış
edənlər Heydər Əliyevin tarixi xidmətlərindən,
xilaskarlıq missiyasından danışıblar. Tədbirin
sonunda iştirakçılar Heydər Əliyevə həsr
olunan “Dahi şəxsiyyət” sənədli filmini izləyiblər.
***
Astara Dövlət Rəsm Qalereyasında Ulu öndərin
anım günü ilə əlaqədar sərgi təşkil
edilib. Qalereyanın dərnək üzvlərinin və
şagirdlərin Heydər Əliyevə və vətənpərvərlik
mövzusuna həsr etdikləri rəsmləri nümayiş
etdirilib.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində
“Sən elə bir zirvəsən...” mövzusunda açıq
tarix dərsi keçirilib. Lənkəran şəhər Heydər
Əliyev Mərkəzi və Lənkəran rayonu V.Qasımov
adına Digah kənd tam orta məktəbinin birgə təşkilatçılığı
ilə keçirilən dərsdə məktəbin şagird
və müəllim kollektivi iştirak edib.
Cəlilabad Dövlət Rəsm Qalereyasında isə
Ulu öndərin anım gününə həsr olunan rəsm
müsabiqəsi təşkil edilib. Şagirdlərin əl
işləri qiymətləndirilib, seçilən işlərin
müəlliflərinə fəxri fərmanlar təqdim edilib.
N. Məmmədli
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.4.