Dərbəndin tarixi
arxiv sənədlərində
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə
müdiri tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin “Dərbənd:
XVIII – XIX əsrin əvvəllərində” adlı kitabı
nəşr olunub.
İnstitutdan bildirilib ki, kitabda arxiv sənədləri
və tarixi mənbələr əsasında Dərbəndin
XVIII – XIX əsrin əvvəllərində sosial-iqtisadi və
ictimai-siyasi vəziyyəti araşdırılır. Əsərdə
XVIII əsrin əvvəllərinədək Səfəvi
şahının təyin etdiyi hakimin sultanlıq kimi idarə
etdiyi Dərbəndin 1722-1735-ci illərdə çar
Rusiyası tərəfindən işğalı dövründəki
vəziyyəti, 1747-1759-cu və 1796-1803-cü illərdə
mövcud olmuş Dərbənd xanlığının, habelə
Dərbəndin Quba xanlığının tərkibində
olduğu illərdə (1759-1796, 1803-1806) vəziyyəti nəzərdən
keçirilir.
Mədəniyyət .- 2023.- 13 dekabr(№92).- S.7.