Londondakı Azərbaycan
məktəbində konsert
Londonda fəaliyyət göstərən Britaniya Avropa
Azərbaycan Məktəbi tərəfindən Heydər
Əliyevin 100 illiyinə həsr olunmuş konsert
keçirilib.
Azərbaycanın Londondakı Səfirliyindən
bildirilib ki, Pimliko Akademiyada keçirilən tədbir,
tanınmış skripkaçı Səbinə Rakçeyeva
və məktəbin digər müəllimləri – Səbinə
Quliyeva, Nigar Əhmədli, Rauf Xəlilov, Sevinc Baxış,
Timur Cəfərovun yaxından dəstəyi sayəsində təşkil
olunub.
Şagirdlər Azərbaycan haqqında şeir və
mahnıları böyük həvəslə səsləndirib,
milli rəqs nümunələrini ifa ediblər. Şagirdlərin
fotoslaydlarla ölkəmiz haqqında verdikləri məlumatlar da maraq doğurub.
Tədbirdə milli mətbəx nümunələri,
Azərbaycan haqqında kitablar da təqdim olunub.
Mədəniyyət .- 2023.- 13 dekabr(№92).- S.8.