Bəstəkarlar
İttifaqında Heydər Əliyevin xatirəsi anılıb
Ulu öndər Heydər Əliyevin vəfatının
20-ci ildönümü ilə əlaqədar Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) anım mərasimi keçirilib.
İttifaqın sədri, AMEA-nın müxbir
üzvü, Xalq artisti Firəngiz Əlizadə Ulu öndərlə
bağlı xatirələrini danışıb. Bildirib ki,
vaxtilə Azərbaycan Dövlət Filarmoniyasında Heydər
Əliyevin təşəbbüsü ilə keçirilən
klassik musiqi konsertlərində şəxsən iştirak edib
və həmin konsertlərdə Heydər Əliyevin musiqi mədəniyyəti,
Azərbaycan bəstəkarları və eyni zamanda, klassik
musiqi irsi ilə bağlı fikirlərini dinləyib.
O, Heydər Əliyevin 100 illiyi ilə əlaqədar
ABİ-nin həyata keçirdiyi tədbir və layihələrdən
də söz açıb. Bildirib ki, ittifaq tərəfindən
nəşr olunan “Heydər Əliyev və musiqi mədəniyyəti”
kitabında Ulu öndərin musiqi mədəniyyətinə
olan qayğısı, diqqəti, musiqiçilərlə
görüşləri, Azərbaycan bəstəkarlarına
etdiyi tövsiyələr əksini tapıb.
Qeyd edək ki, kitabın ideya müəllifi Firəngiz
Əlizadə, tərtibçi-müəllifi sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.
ABİ-nin katibi Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarova da çıxışında Heydər
Əliyevlə bağlı eşitdiyi xatirələrdən bəhs
edib.
İttifaqın katibi Əməkdar incəsənət
xadimi Cəlal Abbasov və digər çıxış edənlər
dahi şəxsiyyəti böyük hörmət və
ehtiramla anıblar.
Mədəniyyət .- 2023.- 13 dekabr(№92).- S.2.