“Əbədi ömrün ilk əsri”
Dekabrın 12-də Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində Ulu öndər Heydər
Əliyevin anım günü ilə əlaqədar “Əbədi
ömrün ilk əsri” adlı elmi sessiya keçirilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov Azərbaycanın
tarix boyu görkəmli şəxsiyyətlər, dövlət
xadimləri yetişdirdiyini söyləyib, bu insanların hər
birinin dövlətçilik tariximizdə özünəməxsus
yeri və rolu olduğunu qeyd edib.
Ulu öndərin Azərbaycan tarixində parlaq iz
qoymuş böyük tarixi şəxsiyyət olduğunu
bildirən akademik Azərbaycanın müstəqilliyini,
istiqlalını məhv olmaqdan xilas etməsini, onu möhkəmləndirməsini
dahi liderin Azərbaycan xalqı qarşısında ən
böyük xidmətlərindən olduğunu deyib: “Hər
bir xalqın ali sərvəti onun istiqlalı, müstəqilliyidir.
Dahi lider Azərbaycanın istiqlalını,
bütövlüyünü qorudu və möhkəmləndirdi.
Onun qurduğu müasir müstəqil Azərbaycan sonradan
etibarlı əllərə tapşırıldı,
Ümummilli liderin yolunu, siyasi kursunu Azərbaycan Prezidenti
İlham Əliyev qətiyyətlə davam etdirir. Bu gün Azərbaycan
dövlət müstəqilliyini və suverenliyini tam bərpa
edib. Respublikamızın hər yerində Azərbaycanın
bayrağı dalğalanır”.
Rafael Hüseynov diqqətə çatdırıb ki,
Heydər Əliyev hər zaman elm və incəsənət
adamlarına xüsusi diqqət və qayğı ilə
yanaşırdı. “Kitabi-Dədə Qorqud” dastanının
1300, Azərbaycanın görkəmli elm, mədəniyyət
xadimlərinin, dahi Nizaminin, Füzulinin, Nəsiminin yubileylərinin
ölkəmizdə və xaricdə böyük təntənə
ilə qeyd edilməsi onun mədəniyyətə, ədəbiyyata
olan böyük sevgisindən irəli gəlirdi. Məqsəd
həm də Vətənini dünyada tanıtmaq, doğma Azərbaycanın
necə böyük şəxsiyyətlər yetişdirdiyini
göstərmək idi.
Vurğulanıb ki, “Azərbaycan dünyaya günəş
kimi doğacaq” deyən Ulu öndərin görmək istədiyi
Azərbaycan bugünkü Azərbaycandır. Qazanılan
bütün nailiyyətlər Heydər Əliyev siyasətinin
bəhrəsidir. Azərbaycan xalqı hər zaman onu
böyük ehtiram, iftixar və minnətdarlıqla
xatırlayacaq.
Tədbirdə Heydər Əliyevin həyatının,
siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks
etdirən sərgi nümayiş olunub.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.2.