Ulu öndərin əziz xatirəsinə musiqili ithaf

 

Ìüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Dirijor, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist Boris Guslitser (piano, Avstraliya) tamaşaçıların qarşısında çıxış edib.

Proqramda P.İ.Çaykovskinin “Piano və orkestr üçün 1 saylı konsert”i (b moll, op.23) və “4 saylı simfoniya”sı (f-moll, op.36) səsləndirilib.

Qonaq pianoçunun çıxışı alqışlarla qarşılanıb.

 

Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.2.