Mədəniyyət
Nazirliyində türkiyəli kinorejissorla görüş
Dekabrın 11-də Mədəniyyət Nazirliyində
türkiyəli tanınmış kinorejissor və ssenarist
Semih Kaplanoğlu ilə görüş keçirilib.
Görüşdə mədəniyyət nazirinin
müavini Səadət Yusifova, nazirin müşaviri, Azərbaycan
Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini
icra edən Orxan Fikrətoğlu iştirak ediblər.
Söhbət zamanı ARKA-nın təşkil etdiyi
film layihələri müsabiqəsinin nəticələri,
müsabiqədə müstəqil seçim komissiyası təcrübəsinin
tətbiqi və Türkiyə ilə kino sahəsində əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi
aparılıb.
Semih Kaplanoğlunun rəhbərliyi ilə həyata
keçirilən ssenari inkişaf proqramının əhəmiyyəti
vurğulanıb, müsabiqə zamanı təkmilləşdirilməsi
məqsədilə bu proqrama yönləndirilmiş ssenarilər
üzərində iş prosesindən bəhs olunub.
Qeyd edək ki, Semih Kaplanoğlu bir sıra beynəlxalq
festivalların mükafatçısıdır. Rejissorun
“Yusif” kinotrilogiyasının üçüncü filmi olan
“Bal” 2010-cu ildə Berlin Beynəlxalq Film Festivalının
baş mükafatına (“Qızıl ayı”) layiq
görülüb.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.5.