“Heydər Əliyev
İli” tədbirləri davam edir
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə Biləsuvar rayonundakı mədəniyyət
müəssisələri arasında intellektual yarış
keçirilib.
Rayon Mədəniyyət Mərkəzinin “eMeM”
komandası I, rayon Heydər Əliyev Mərkəzinin “Lider”
komandası II, Biləsuvar Dövlət Rəsm
Qalereyasının “Zərif əllər” komandası isə
III yeri qazanıb. Qalib komandalar diplomla
mükafatlandırılıb.
***
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Heydər
Əliyev və Azərbaycan” mövzusunda tədbir
keçirilib. Əvvəlcə Ulu öndərin və şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Heydər Əliyevin həyatı
və siyasi fəaliyyəti haqqında
iştirakçılara məlumat veriblər. Sonda şagirdlərlə
fikir mübadiləsi aparılıb.
Masallı rayon Heydər Əliyev Mərkəzində
“Heydər Əliyevin həyatı müasir gəncliyin
gözü ilə” mövzusunda dəyirmi masa təşkil
edilib. Qeyd olunub ki, ölkəmizdə gənclər siyasətinin
əsası Ümummilli lider tərəfindən qoyulub və
uğurla davam etdirilir. Bu qayğının nəticəsi
olaraq Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi,
sosial-mədəni həyatında fəallıq göstərirlər.
Tədbirdə gəncləri maraqlandıran suallar
cavablandırılıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon
İcra Hakimiyyəti, Mərkəzi Kitabxana, Gənclərin
İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara
Regional nümayəndəliyi Masallı bölməsinin birgə
təşkilatçılığı ilə “Heydər
Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvəridir”
mövzusunda tədbir keçirilib. Sonda
iştirakçılar muzeyə ekskursiya ediblər.
Yardımlı rayon Heydər Əliyev Mərkəzində
“Dahi azərbaycanlı” adlı tədbir təşkil olunub.
Çıxış edənlər Heydər Əliyevin 1993-cü
ildə yenidən hakimiyyətə qayıdışı ilə
Azərbaycanı məhv olma təhlükəsindən xilas
etməsi, həmin ildən etibarən ölkəmizin
keçdiyi inkişaf yolu, qazandığı uğurları
ilə bağlı məlumat verilib. Sonra Ümummilli liderə
həsr olunan “Dahi şəxsiyyət” sənədli filmi nümayiş
etdirilib.
***
Şamaxı rayon Əfzələddin Xaqani adına Mədəniyyət
Mərkəzinin tabeliyində fəaliyyət göstərən
Mədrəsə qəsəbə klubu və Şamaxı
rayon Elxan Rzayev adına Mədrəsə qəsəbə tam
orta məktəbin birgə təşkilatçılığı
ilə “Tarix yaradan şəxsiyyət” adlı tədbir
keçirilib. Tədbirdə Şamaxı rayon mədəniyyət
müəssisələrinin əməkdaşları, qəsəbə
tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
***
Kəlbəcər rayon MKS-nin (Gəncə şəhəri)
Oxuculara xidmət şöbəsində “Heydər Əliyevin
dövlətçilik idealları və müasir gənclik”
mövzusunda tədbir təşkil edilib. Bildirilib ki, Azərbaycan
gənclərinin müasir, inkişaf edən, yüksək
intellektli aparıcı qüvvə kimi formalaşmasında
dövlətimizin gənclər siyasətinin mühüm rolu
var.
***
Mil-Muğan RMİ-nin elan etdiyi “Yolumuz Heydər yoludur:
Sabirabaddan Beyləqana” adlı layihənin ilk tədbiri
Saatlı rayonunda keçirilib. Saatlı rayon Heydər
Əliyev Mərkəzində gerçəkləşən tədbirdə
Uşaq İncəsənət Festivalında uğur
qazanmış yeniyetmə və gənclərə Ulu öndərin
siyasi irsi barədə məlumat verilib. Tədbirin bədii
hissəsində təqdim olunan müxtəlif musiqi nömrələri
və rəqslər, eləcə də rəsm sərgisi, tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
***
Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbi
və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı
ilə “Ulu öndərin dövlətçilik irsi və Azərbaycan
gəncliyi” adlı rəsm sərgisi və konsert proqramı
keçirilib. Sərgidə qalereyada fəaliyyət göstərən
dərnəyin üzvləri tərəfindən “Heydər
Əliyev İli” münasibətilə ərsəyə gətirdikləri
rəsmlər yer alıb. Tədbirdə musiqi məktəbi
şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə
bəstəkarlarının əsərləri səsləndirilib.
Şəmkir rayon Mərkəzi Kitabxanasının
Oxuculara xidmət şöbəsi Ə.Cavad adına Mədəniyyət
Mərkəzində “Ürəklərdə yaşayan əbədi
lider” başlığı altında sərgi təşkil
edib. Sərgidə Ulu öndər haqqında görkəmli
şəxslərin fikirləri, Heydər Əliyevin siyasi irsi,
onun Azərbaycan mədəniyyəti və elminin
inkişafına diqqət və qayğısı barədə
kitablar nümayiş olunub.
Şəmkir rayon MKS-nin 1 saylı şəhər
kitabxana filialı N.Nərimanov adına şəhər tam
orta məktəbində “Elm və təhsilin inkişafında
Heydər Əliyevin rolu” adlı informasiya saatı
keçirib.
Hazırladı: N.Məmmədli
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.4.