Qazax teatrında “Dosya” açılır
Qazax Dövlət Dram Teatrında azərbaycanlı
tamaşaçı auditoriyasına yaxşı tanış
olan türkiyəli dramaturq Tuncer Cücenoğlunun “Dosya” əsəri
əsasında eyniadlı tamaşa hazırlanır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist Xəzər Gəncəli, quruluşçu rəssamı
Aysan Omarovadı.
Premyerası dekabrın sonuna nəzərdə tutulan səhnə
işində rolları Əməkdar artist Hacı Hacıyev,
aktyorlar Sərdar Rüstəm, Xanım Məmmədova, Aytac Cəfərova,
Məlahət Süleymanova, Zəmanə Dərviş, Yusif
Qoca və digərləri canlandırırlar.
Əsərdə cəmiyyətdəki mənfi
xüsusiyyətlər, ələlxüsus da korrupsiyaya
qarşı mübarizə ön plana çıxır.
Rejissor tamaşaya kino elementləri də əlavə edib.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.5.