“Dövlət və xalq
üçün yaşanan ömür”
Dekabrın 6-da Bakı Şəhər Mədəniyyət
Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin
təşkilatçılığı ilə Ümummilli
liderin anım gününə (12 dekabr) həsr edilmiş
“Dövlət və xalq üçün yaşanan
ömür” adlı tədbir keçirilib.
Öncə Ulu öndərin abidəsi önünə
gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Sonra mərkəzin foyesində rayon məktəblilərinin əl
işlərindən ibarət rəsm sərgisinə və
Heydər Əliyevin zəngin siyasi irsini əks etdirən
ekspozisiyaya baxış olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi, Ulu öndərin və şəhidlərimizin
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
olunması ilə açıq elan edilib. Daha sonra dahi dövlət
xadiminin şərəfli həyat yolundan və siyasi fəaliyyətindən
bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlarda Ulu öndərin müasir
müstəqil Azərbaycanın inkişafı naminə əvəzedilməz
xidmətlərindən danışılıb. Azərbaycanın
parlaq gələcəyinin etibarlı təməlini qoyan Heydər
Əliyevin dövlətçilik irsinin təbliğinin zəruriliyi
vurğulanıb.
Mədəniyyət .- 2023.- 8 dekabr(№91).- S.3.