Naxçıvan
teatrı İzmirdə festivalda
1-11 dekabr tarixlərində Türkiyənin İzmir
şəhərində 11-ci Beynəlxalq Teatr Festivalı
keçirilir. Türkiyə Mədəniyyət və İncəsənət
Fondu (TAKSAV) tərəfindən təşkil edilən və bu
il “Dönüşüm” (transformasiya) mövzusuna həsr
olunan festivala Türkiyə, Azərbaycan, Serbiya və
İrandan teatr kollektivləri qatılıb.
Festivalda ölkəmizi Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Milli Dram Teatrı təmsil
edir. Yaradıcı heyət teatrın baş rejissoru Mir Qabil
Əkbərovun quruluşunda V.Hüqonun “Edama məhkumun son
günü” əsərinin tamaşasını dekabrın 6-da
nümayiş etdirib.
Quruluşçu rəssamı Naxçıvan MR-in
Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə
Əliyeva olan səhnə əsərində rolları muxtar respublikanın
Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva
və Məmməd Mehdiyev canlandırıblar.
Qeyd edək ki, 11-ci Beynəlxalq İzmir Teatr
Festivalında ümumilikdə 26 tamaşanın
nümayişi nəzərdə tutulur.
Mədəniyyət .- 2023.- 8 dekabr(№91).- S.5.