Qusarda “Sus”mayanlar
Xəbər verdiyimiz kimi, Mədəniyyət
Nazirliyinin layihəsi çərçivəsində rejissor
Abdulla Elşadlı Qusar Dövlət Ləzgi Dram Teatrına
ezam edilmişdi.
Bölgə teatrlarını inkişaf etdirmək və
məramlı layihənin davamı olaraq rejissor bir ay ərzində
yerli aktyor truppasına dərslər keçib və Cəlil
Məmmədquluzadənin “Eşşəyin itməkliyi”
povestinin motivləri əsasında “Sus” adlı tragi-fars səhnələşdirib.
Biraylıq yaradıcı mübadilənin nəticəsi
olaraq dekabrın 4-də “Sus” tamaşaçıların
ixtiyarına verilib.
Epik üslubda hazırlanan tamaşada quruluş müəllifi ədəbi
əsərdən fabulanı saxlasa da, hadisələr
Danabaş kəndindən Qusara köçürülüb.
Tamaşanın səhnə tərtibatını teatrın
baş rəssamı Bədəl Bədəlov verib.
Rolları truppanın üzvləri Tofiq Mustafayev,
Yalçın Qaraxanov, Bədəl Bədəlov, Yeganə Kərimova,
Ramella Mahmudova, Pirverdi Pirverdiyev, Tacir Şahbazov, Yura Kərimov,
Samir Babayev, Elnur Hacıyev, Bağır Əhmədov, Malik
Ramazanov və başqaları ifa edirlər.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.5.