Mingəçevir səhnəsində
“Açarını itirənlər”
Dekabrın 2-də Mingəçevir Dövlət Dram
Teatrında “Açarını itirənlər” lirik
komediyanın premyerası olub.
Yazıçı Əhməd Orucoğlunun
eyniadlı əsərinə teatrın baş rejissoru Vüsal
Mehrəliyev quruluş verib. Səhnə işinin
quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin
quruluşçusu Eyvaz Əliyevdir.
Toydan qayıdan ər (Natiq Fərzəliyev) və
arvad (Aytən Gəncəli) mənzillərinin
açarlarını tapa bilmirlər. Açar
axtarışında onların başına maraqlı əhvalatlar
gəlir. Gah küçədə atışma olur, gah
kişinin ayağını it qapır, gah da saxta lotereya bileti
tapırlar. Bütün bu hadisələr situasiyaya görə
hərəkət edən heykəllərin müşayiəti
ilə tamaşanı daha da rəngarəng və komik edir.
Hadisə açarın tapılması ilə başa
çatır.
Mədəniyyət .- 2023.- 8 dekabr(№91).- S.5.