“Bərabər gecələr”
YARAT-da gürcü rəssamların sərgisi
YARAT Müasir İncəsənət Mərkəzində
gürcü rəssamların “Ekinoks” adlı qrup sərgisi təşkil
edilib.
YARAT-dan bildirilib ki, dekabrın 7-də
açılışı olan sərgidə Qia Edzqveradze,
Tamara K.E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro
Semeyko və Levan Sonqulaşvilinin son illərdə çəkdikləri
əsərlər yer alıb.
“Ekinoks” (lat. “aequinoctium” – “bərabər gecələr”)
multidisiplinar sərgisi, insan identikliyinin dərk edilməsinin təməl
prinsipini, XX əsrin sonlarından başlayaraq XXI əsrin əvvəllərinə
qədər lokal və qlobal perspektivlərdə şüurun
formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamı
bir araya gətirir.
Sərgi layihəsi, müəyyən fərdi və
kollektivi (və ya əksinə, kollektivi və fərdi)
bir-birinə bağlayan qarşılıqlı fəaliyyətin
mürəkkəb diskursunu, eləcə də fərdi təcrübənin
kollektiv təcrübəyə, habelə dəyişən
zaman kəsiklərinə təsirini ortaya qoyur. Ekspozisiya
işıq və qaranlığın qarşılıqlı
əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində
qurulub: burada fərd və kollektiv arasında
qarşılıqlı fəaliyyət kontinuumda (zaman-məkan
prosesində) nəzərdən keçirilir.
Sərgidə təqdim olunan araşdırma
tanınmış gürcü mütəfəkkiri Merab
Mamardaşvilinin Tbilisi Dövlət Universitetində incəsənət
və humanitar elmlər üzrə tələbələrinə
oxuduğu (1984–1985) mühazirələr üzərində
qurulub. Sərginin adı da onun “Bərabərlik nöqtəsi”
mühazirəsindən götürülüb. Burada gecə və
gündüzün qarşılıqlı təsirinin
nümunəsi qismində şüurun ifadə
tarazlığının əldə edildiyi məkanı təsvir
edir.
Aprelin 27-dək davam edəcək sərginin
kuratorları Tamuna Arşba və Tata Ksovrelidir.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.5.