Niyazi adına məktəbdə Arif
Məlikovun yubileyi qeyd olunub
Adını Azərbaycanın musiqi mədəniyyəti
salnaməsinə qızıl hərflərlə yazdıran
görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti,
akademik Arif Məlikovun (1933-2019) 90 illiyi münasibətilə
silsilə tədbirlər davam edir.
Sənətkarın yubileyi ilə bağlı daha bir
tədbir Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində
gerçəkləşib. Mühazirə-konsertdə görkəmli
bəstəkarın çoxşaxəli
yaradıcılığından bəhs edilib. Bildirilib ki, Arif
Məlikov bənzərsiz yaradıcılığı ilə
Azərbaycanla yanaşı, yaxın-uzaq ölkələrdə
də geniş şöhrət qazanıb.
Daha sonra konsert proqramı təqdim olunub. Məktəbin
şagirdləri bəstəkarın bir sıra əsərlərini
səsləndiriblər.
Mədəniyyət .- 2023.- 8 dekabr(№91).- S.5.