Əməkdar rəssamın
80 illiyi münasibətilə xatirəsi anılıb
Xətai Sənət Mərkəzində “Heydər
Əliyev İli” çərçivəsində Əməkdar
rəssam Rafael Abbasovun (1943-2020) 80 illik yubileyinə həsr
olunmuş təqvimin təqdimatı və xatirə gecəsi
keçirilib.
Xalq rəssamları Arif Hüseynov, Siruz Mirzəzadə,
Əməkdar incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev və başqa çıxış edənlər
rəssamın yaradıcılıq yolundan söz
açıb, xatirələrini bölüşüblər.
Bildirilib ki, Rafael Abbasovun
yaradıcılığında portret janrı xüsusi yer
tutur. O, Ulu öndər Heydər Əliyevin də portretlərini
böyük sənətkarlıqla yaradıb.
Rəssamın əsərlərində ölkəmizin,
xüsusən də Abşeron və Naxçıvanın təbiətinə
sevgi duyulur. Onun əl işləri ölkəmizlə
yanaşı, Almaniya, ABŞ, Meksika, Kanada, Koreya, Türkiyə,
Özbəkistan, Latviya, Belarus və Rusiyada qalereyalarda, şəxsi
kolleksiyalarda saxlanılır.
Rafael Abbas oğlu Abbasov Bakıda anadan olub. 1960–1965-ci
illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini,
1968–1974-cü illərdə M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunu bitirib.
1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvü, 1967-ci ildən respublika, ümumittifaq və beynəlxalq
sərgilərin iştirakçısı olub.
Lalə
Mədəniyyət .- 2023.- 8 dekabr(№91).- S.5.