“Qəlbimizin səsi”
Muğam, xalq və bəstəkar mahnılarından
ibarət konsert
Beynəlxalq Muğam Mərkəzində (BMM)
dekabrın 4-də xanəndə Rəvanə Qurbanova və
tarzən Rövşən Qurbanovun “Qəlbimizin səsi”
adlı konserti keçirilib.
BMM-in solistləri olan ifaçılar muğam, xalq və
bəstəkar mahnılarından ibarət konsert proqramında şən-şux
nəğmələrlə tamaşaçıların
könlünü oxşayıblar. Rövşən Qurbanovun sənət
dostları ilə birgə duet ifaları, tələbələrinin
çıxışları maraqla qarşılanıb.
Musiqi axşamında tanınmış musiqi xadimləri,
ifaçıların müəllimləri də dinləyicilər
arasında olublar. Xalq artistləri – tarzənlər Vamiq Məmmədəliyåv,
Ramiz Quliyev çıxış edərək Rövşən
Qurbanovun tarzən kimi fəaliyyətini yüksək dəyərləndirib,
cütlüyü birgə uğurlu ifa münasibətilə təbrik
ediblər.
Xalq artisti Mənsum İbrahimov 2007-ci ildə
“Muğam” televiziya müsabiqəsinin laureatı, eyni zamanda Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının solisti olan
Rəvanə Qurbanovanın sənət dünyasından
söz açıb, ona yaradıcılıq uğurları
arzulayıb.
L.Azəri
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.5.