“Sədalansın muğamatım”
ADMİU-nun 100 illiyi münasibətilə konsert
Dekabrın
6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) 100 illik tədbirləri çərçivəsində
“Sədalansın muğamatım” adlı konsert proqramı təqdim
olundu. Konsert ADMİU-nun Muğam kafedrası tərəfindən
təşkil edilmişdi.
Kafedranın
müdiri Xalq artisti Teyyub Aslanov çıxış edərək
müəllim və tələbə heyətinin ifasında
“Şur” muğam dəsgahının təqdim ediləcəyini
diqqətə çatdırdı. Bildirdi ki, muğam sənəti
əsrlərdir ustad-tələbə üsulu ilə nəsillərdən
nəsillərə ötürüldüyü
üçün konsert də məhz bu konsepsiya üzərində
qurulub. Musiqi axşamında dinləyicilər ustad-tələbə
dialoqunun şahidi olacaqlar.
Sonra
söz musiqiyə verildi.
Teyyub
Aslanov və Əməkdar artist Zakir Əliyevin tələbələri
ilə birgə çıxışını universitetin
ansamblı müşayiət edirdi. Xalq şairi Bəxtiyar
Vahabzadənin “Muğam” poemasından misralarla başlayan gecə
xanəndələrin möhtəşəm
ifaçılıq xüsusiyyətlərinin nümayişi
ilə muğamın incəliklərini bir daha
çatdırmış oldu. Dəsgahların ən
böyüyü və sanballısı olan “Şur” öz
şuxluğu ilə dinləyiciləri valeh elədi.
Tələbələr
Əvəzxan Əzizov, Rəna Mehralıyeva, Sərxan Mirzəyev,
Aynur Ağamalıyeva onlara sənətin sirlərini öyrədən
müəllimlərinin əməyinin hədər getmədiyini
nümayiş etdirdilər.
Konsert
proqramı alqışlarla qarşılandı.
Lalə
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.3.