Ekran və səhnəmizin
bənzərsiz siması
9 dekabr görkəmli teatr və kino aktyoru, Xalq artisti,
Dövlət mükafatı laureatı Lütfəli
Abdullayevin (1914 – 1973) anım günü və vəfatının
50-ci ildönümüdür.
Gülüş ustası kimi tanınan sənətkar
1938-ci ildə Musiqili Komediya Teatrında səhnə fəaliyyətinə
başlayıb. Teatr fəaliyyətini
dayandırdığı müddətdə Dövlət Dram
Teatrında çalışıb, burada bir sıra maraqlı
obrazlar yaradıb. 1956-cı ildə işi bərpa olunan
Musiqili Komediya Teatrına qayıdan aktyor əksər
tamaşalarda çıxış edib.
L.Abdullayev kino aktyoru kimi də böyük şöhrət
qazanıb. “Arşın mal alan”, “Əhməd haradadır?”,
“Ulduz”, “Qəribə əhvalat” və digər filmlərdə
yaratdığı maraqlı obrazlarla
tamaşaçıların yaddaşında silinməz iz
qoyub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə 2014-cü ildə L.Abdullayevin 100 illik yubileyi dövlət
səviyyəsində qeyd edilib.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.1.