Qərbi Azərbaycan
əsilli rəssamların əsərlərindən ibarət
sərgi
Dekabrın 7-də Rəssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda Qərbi Azərbaycan əsilli
rəssamların əsərlərindən ibarət sərgi
açılıb.
Açılış mərasimində dövlət və
hökumət nümayəndələri, Qərbi Azərbaycandan
olan ziyalılar, elm və incəsənət xadimləri
iştirak ediblər.
Rəssamlar İttifaqının və Qərbi Azərbaycan
İcmasının təşkilatçılığı ilə
keçirilən sərgidə Xalq rəssamları Hüseyn
Əliyev, Kamil Əliyev, Arif Qazıyev, İsmət Axundov,
Əməkdar rəssamlar Rza Avşarov, İsa Məmmədov,
Nağdəli Xəlilov, Sabir Hüseynov, Saleh Məmmədov,
Akif Quliyev, Xuday İbrahimov, Pərvin Quliyeva, Sevil Əhmədova,
Əli İsmayıl – ümumilikdə 25 müəllifin 40-dək
rəngkarlıq və rəsm əsəri nümayiş
olunur.
İttifaqın sədri Xalq rəssamı Fərhad Xəlilov
belə bir sərginin keçirilməsinin əhəmiyyətini
vurğulayıb.
Qərbi Azərbaycan İcması idarə heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli
bildirib ki, etnik təmizləməyə məruz qalmış
yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə
tanıdılması böyük önəm
daşıyır. O diqqətə çatdırıb ki, Qərbi
Azərbaycan incəsənətinin ən maraqlı nümunələri
divar rəngkarlığı sahəsində öz əksini
tapıb. Qərbi Azərbaycan əsilli rəssamların
yaradıcılığında Vətənə məhəbbət
əsas mövzulardan biridir. Sərgidə nümayiş olunan əsərlər
mövzu etibarilə Vətənin gözəlliyini, tarixi abidələrini,
insanların mənəvi saflığını özündə
əks etdirir.
Mədəniyyət .- 2023.- 8 dekabr(№91).- S.1.