Füzuli
teatrının “Nar şirəsi”
Füzuli Dövlət Dram Teatrında Səbinə
Haqverdiyevanın “Nar şirəsi” əsərinin
tamaşası təqdim edilib. Səhnə əsərində
həyatı sevmək, yaşamaq uğrunda mübarizə, cəmiyyətin
fiziki məhdudiyyətli insanlara münasibəti, onların
sağalması üçün insanların təsiri kimi məsələlər
ön plana çəkilir.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə,
quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı
Sənan Sevindikzadədir. Rolları Sehran Xanlarov, Sevinc Məmmədova,
İntizar Quliyeva, Emin Abışov, Vüqar Babayev və
başqaları ifa edirlər.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.