Naxçıvan teatrı
İğdır şəhərində qastrolda olub
Türkiyənin Naxçıvandakı Baş
Konsulluğu və “Araz” dərnəyinin təşkilatçılığı
ilə Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrı dekabrın 4-də
İğdır şəhərində “Cibimizdəki dəlilik”
tamaşasını nümayiş etdirib. Tamaşa
İğdır Mədəniyyət Mərkəzində təqdim
edilib.
Türkiyəli yazıçı Mehmet Ümit
Görgülünün eyniadlı əsəri əsasında
səhnələşdirilən tamaşaya Naxçıvan
MR-in Əməkdar artisti Səməd Canbaxşiyev quruluş
verib. Səhnə əsərində Məmməd Mehdiyev, Ləman
Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil
Yusifov, Dünyamalı Orucov, Xalq artisti Rövşən
Hüseynov, Əməkdar artist Əbülfəz İmanov,
Naxçıvan MR-in Əməkdar artisti Səməd
Canbaxşiyev çıxış ediblər.
İnsanın insana yadlaşması və özündən,
öz dəyərlərindən uzaqlaşmasından bəhs
edən psixoloji dram maraqla qarşılanıb.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.