Əzizə Cəfərzadə
yaradıcılığında Şirvan və Şirvanilər
Dağlıq Şirvan RMİ və Şamaxı rayon
Mirzə Ələkbər Sabirin Ev-Muzeyinin birgə təşkilatçılığı
ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində
Xalq yazıçısı, ədəbiyyatşünas,
filologiya elmləri doktoru Əzizə Cəfərzadənin
(1921-2003) yaradıcılığına həsr olunmuş
elmi-praktik konfrans keçirilib.
“Əzizə Cəfərzadə
yaradıcılığında Şirvan və Şirvanilər”
adlı tədbirdə əvvəlcə mərkəzin foyesində
Xalq yazıçısının və şair-qəzəlxan,
xanəndə-bəstəkar Ağakərim Nafizin əsərlərindən
ibarət kitab sərgisi nümayiş olunub.
Çıxışlarda elmi və bədii
yaradıcılığı haqqında geniş söhbət
açılıb. Yazıçının oğlu Turan
İbrahimov anası ilə bağlı xatirələrini
bölüşüb, Ə.Cəfərzadənin
yaradıcılığına həsr olunmuş yeni kitablar
haqqında məlumat verib.
Tədbirdə həmçinin Ağakərim Nafizin 75
illik yubileyinə həsr edilən “Təzkireyi-Nafiz” adlı
kitab da təqdim olunub.
Tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzinin
hazırladığı bədii proqramla başa
çatıb.
Mədəniyyət .- 2023.-6 dekabr(№90).- S.4.