Şəhid qəhrəmanın
xatirəsi anılıb
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində
Lənkəran Dövlət Universiteti ilə birgə Vətən
müharibəsinin şəhid baş leytenantı Vüsal
Kazımovun xatirəsinə həsr olunmuş tədbir
keçirilib.
Çıxış edənlər Vətən
uğrunda canından keçən qəhrəmanlarımızın
adlarının əbədiləşdirilməsi istiqamətində
atılan addımlardan danışıblar.
Şəhidin atası Kamran Kazımov və şəhidin
həyat yoldaşı Aysel Kazımova onlara göstərilən
diqqət və qayğıya görə ölkə rəhbərliyinə
təşəkkür ediblər.
Sonra Çinarə Ömrayın şəhidin həyatından
bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli
filmi nümayiş olunub.
Vüsal Kazımov 1990-cı il dekabrın 17-də Lənkəran
rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. 44
günlük Vətən müharibəsi zamanı
Şuşa uğrunda döyüşlərdə şəhidlik
zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü
dərəcəli “Vətənə xidmətə görə”
ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”,
Xocavənd və Füzulinin azad olunmasına görə
medalları ilə təltif edilib.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.