“Oğul” filmi Biləsuvarda
göstərilib
Biləsuvar Rayon İcra Hakimiyyəti və
Şirvan-Salyan RMİ-nin birgə təşkilatçılığı
ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin
istehsalı olan “Oğul” sənədli filmi nümayiş
olunub.
Sənədli film Birinci Qarabağ müharibəsi zamanı
ermənilər tərəfindən əsir götürülən
azərbaycanlı hərbçi Natiq Qasımovdan bəhs edir.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində
təşkil olunan tədbirdə rayonun icra
başçısı Faiq Qürbətov, Şirvan-Salyan
RMİ-nin rəisi Şahin Şahbazov, şəhid ailələri,
qazilər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Qeyd edək ki, Natiq Qasımov hərbi əməliyyatlar
zamanı altı nəfər döyüş
yoldaşını itirdikdən sonra beş gün ərzində
təkbaşına alban kilsəsində mühasirədə
qalır, ermənilərə müqavimət göstərərək
təslim olmur. Ermənilər Natiqi Xocalıda girov
götürülən 22 sakini öldürəcəkləri
ilə təhdid etdikdən sonra cəsur
döyüşçü təslim olmağına
razılaşır. O, təslim olduqda belə Azərbaycan
bayrağını düşmənə vermir.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.