Bəşəri bəlanın
fəsadları ilə bağlı təlimlər
“Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair
2019–2024-cü illər üçün Dövlət
Proqramı”nın müvafiq bəndinin və “Yeniyetmələr
və gənclər arasında narkomaniyaya qarşı təbliğat
və maarifləndirmə işlərinin genişləndirilməsinə
dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər
Planı”nın icrası ilə bağlı təlimlər təşkil
edilib.
İsmayıllı rayon Heydər Əliyev Mərkəzi
və Şamaxı rayon Mədəniyyət Mərkəzində reallaşan təlimlər Mədəniyyət
Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə
üzrə Dövlət Komissiyasındakı işçi
qrupunun birgə təşkilatçılığı ilə
keçirilib.
Dövlət Komissiyası Milli informasiya sektorunun
müdiri Raqif Allahverdiyev Dövlət Proqramı haqqında məlumat
verib. Narkotik vasitələrin zərərləri ilə
bağlı söz açılıb,
iştirakçıları maraqlandıran suallar ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.