“Gəncə və gəncəlilər”
layihəsində Nizamiyə həsr olunan gecə
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi
çərçivəsində Nizami Gəncəviyə həsr
olunan ədəbi-bədii gecə keçirilib.
Tədbir iştirakçıları əvvəlcə
Gəncə Dövlət Filarmoniyasının foyesində dahi
Azərbaycan şairinin həyat və yaradıcılığını
əks etdirən fotosərgi, şairə həsr olunmuş
kitablar, rəsm əsərləri ilə tanış olublar.
Gecədə Nizaminin həyat və
yaradıcılığına həsr edilmiş
teatrlaşdırılmış səhnələr, onun
sözlərinə bəstələnmiş romanslar təqdim
olunub.
Tədbirdə Gəncə Dövlət Dram
Teatrının aktyorları, Gəncə Dövlət
Filarmoniyası Kamera orkestrinin solistləri, “Göygöl”
Dövlət Mahnı və Rəqs Ansamblı
çıxış edib.
Musiqili gecə tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.