Lənkəran teatrından “Heydər
Əliyev İli”nə töhfə
Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət
Dram Teatrında “Heydər Əliyev İli”nə töhfə
olaraq Əməkdar mədəniyyət işçisi,
şair Qəşəm Nəcəfzadənin “İki iyirmi
üç arasında” əsəri əsasında eyniadlı
tamaşa-kompozisiya hazırlanıb. Dekabrın 3-də səhnə
əsərinin premyerası olub.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən kompozisiya sənədli teatr estetikasında –
verbatim janrında qurulub. Kompozisiyada Heydər Əliyevin Azərbaycan
xalqının ictimai-siyasi, sosial-mədəni həyatında
rolu canlandırılır, Ulu öndər milli azərbaycançılıq
ideologiyasının banisi kimi təqdim edilir.
Kompozisiyanın məqsədi Heydər Əliyevin zəngin
irsini tamaşaçılara, xüsusilə yeni nəslə
çatdırmaq, onun müasir Azərbaycanın qurucusu kimi
xalqımızın tarixində oynadığı rolu bir daha
nümayiş etdirməkdir.
Verbatim-kompozisiyanın quruluşçu rejissoru Emil
Əsgərov, quruluşçu rəssamı Fuad Babazadə,
rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı
Güli Süleymanlı, musiqi tərtibatçısı
Vüqar Fərəcov, qrafik dizayneri Fidan Hüseynzadə,
videomühəndisi Şəhriyar Camalbəylidir. Səhnə
əsərində Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər
Sücəddin Mirzəyev, Zemfira Nəcəfova, aktyorlar
Şahrud Mehdiyeva, Aynur Əhmədova, Səyad Əliyev,
Miraslan Ağayev, Allahverən Babayev, Qızılgül Quliyeva,
Buludxan Buludov, Hikmət Cəfərov, Gülər Kərimova,
Rauf Zeynalov, Saleh Əzimzadə, Ayşən Əsədova,
Əlirza Şahbazi, Günel Abbaszadə, Emil Rzayev, Aysel Babazadə,
Təvəkkül Həsənov, Vəfa Hacızadə, Məleykə
Cəfərova, Teymur Hacızadə iştirak edirlər.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.