Riqadakı xeyriyyə
yarmarkasında ölkəmizin də stendi qurulub
Azərbaycanın Latviyadakı Səfirliyi dekabrın
3-də Riqa şəhərində keçirilən ənənəvi
beynəlxalq xeyriyyə yarmarkasında iştirak edib.
Səfirlikdən bildiriblər ki, Riqa Beynəlxalq
Qadınlar Klubu tərəfindən keçirilən tədbirdə
Latviyadakı diplomatik nümayəndəliklər, eləcə
də yerli qurumlar təmsil olunub.
Azərbaycan stendində mədəniyyətimizi və
tariximizi əks etdirən suvenirlər, milli geyimlər
nümayiş olunub, ölkəmizə aid müxtəlif nəşrlər
sərgilənib və paylanılıb. Eyni zamanda Azərbaycan
istehsalı olan məhsullar, milli mətbəximizin təamları
və UNESCO tərəfindən Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilən kəlağayı sənətimizin nümunələri
təqdim olunub. Həmçinin Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən
hazırlanmış videoçarx nümayiş etdirilib.
Latviyanın sabiq dövlət başçısı
Raymonds Veyonis və digər qonaqlar Azərbaycan stendini ziyarət
ediblər.
Mədəniyyət .- 2023.-6 dekabr(№90).- S.8.