“Azərbaycan Petr
Valdanın gözü ilə”
Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin
dəstəyi ilə Ostrava televiziyasının ölkəmiz
haqqında hazırladığı filmin təqdimat mərasimi
keçirilib.
“Azərbaycan Petr Valdanın gözü ilə”
adlı qısametrajlı filmdə ölkəmizin müxtəlif
guşələri, mədəniyyəti, tarixi və xalqın
gündəlik həyatı təsvir edilib.
Praqada keçirilən təqdimatda
çıxış edən ölkəmizin Çexiyadakı
səfiri Adış Məmmədov rejissor Petr Voldana, filmin
hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü
bildirib, mədəniyyətin xalqların tanınmasında
rolundan danışıb. Son illərdə səfirliyin dəstəyi
ilə Azərbaycan yazıçılarının əsərlərindən
ibarət 3 kitabın çex dilində nəşr edildiyini
diqqətə çatdıran diplomat bu istiqamətdə film
layihələrinin də davam edəcəyini deyib.
Petr Voldan və filmin yaradıcı heyəti Azərbaycan
haqqında təəssüratlarını
bölüşüb. Sonda filmə baxış keçirilib.
Təqdimatda diplomatik korpusun üzvləri, yerli
ictimaiyyətin nümayəndələri, həmvətənlərimiz
iştirak ediblər.
Mədəniyyət .- 2023.-6 dekabr(№90).- S.8.