“Yaradıcı həftə”də
“Disney”in 100 illiyi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə “Yaradıcı həftə” çərçivəsində
dekabrın 3-də dünyanın ən böyük animasiya
studiyası olan “The Walt Disney Studio”nun 100 illiyi münasibətilə
tədbir keçirilib.
Nizami Kino Mərkəzində təşkil olunan tədbir
Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə
reallaşıb.
Tədbirdə qeyd edilib ki, 1923-cü ildə Uolt Disney
və Roy O.Disney tərəfindən qurulan “The Walt Disney
Company” qısa müddətdə Amerika animasiyasında liderə
çevrilib. İlk böyük uğura 1928-ci ildə ekrana
çıxan və bu gün də populyar olan “Mickey Mouse”
filmi ilə imza atıb.
Diqqətə çatdırılıb ki, “Disney”
1937-ci ildə ilk tammetrajlı animasiya filmi olan “Ağca və
yeddi cırtdan”la inqilab edib. Bu gün də “Disney” filmləri,
personajları və əyləncə parkları ilə
tanınan multimedia nəhəngidir.
Sonda “Disney”in istehsalı olan “Mulan” (1998) filmi
nümayiş etdirilib.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.7.