“Gəl, yarat!”
marafonu
Beş istiqamət üzrə qaliblər
mükafatlandırılıb
“Yaradıcı həftə” çərçivəsində
Mədəniyyət Nazirliyinin dəstəyi ilə daha bir tədbir
– “Gəl, yarat!” adlı marafon təşkil olunub.
Yaradıcılıq aksiyası 1-3 dekabr tarixlərində
YARAT Müasir İncəsənət Məkanında gerçəkləşib.
Dekabrın 3-də marafonun final mərhələsi
keçirilib. Beş istiqamət üzrə (animasiya, kino,
qrafik dizayn, teatr və videoqrafiya) 25 komanda tərəfindən
hazırlanan məhsullar səhnədə təqdim edilib.
Münsiflər heyətinin qərarı ilə “Alfa”
(kino), “Sənsiz” (teatr), “Sonuncumuz” (dizayn), “Yenilikçinin nəbzi”
(videoqrafiya) və “Ovsun” (animasiya) adlı nümunələr
qalib elan edilərək mükafatlandırılıb.
“Gəl, yarat!” marafonu Azərbaycan Film
Akademiyasının kino və teatr, Bakı Dizayn
Akademiyasının qrafik dizayn və Azərbaycan Animasiya
Assosiasiyasının animasiya istiqamətləri üzrə
mentorluğu ilə reallaşıb.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.5.