“Avroviziya” müsabiqəsinin
milli musiqi sənayesinə təsiri
“Yaradıcı həftə” çərçivəsində
dekabrın 1-də “Global Music Talks” – “Avroviziya” mahnı
müsabiqəsinə həsr olunan tədbir keçirildi.
Bir sıra ölkələrin “Avroviziya” müsabiqəsi
üzrə nümayəndəliklərinin təmsilçilərinin
iştirak etdiyi iki panel sessiyasında bu müsabiqənin milli
musiqi sənayesinə təsiri ilə bağlı müzakirələr
aparıldı.
İlk panelin spikerləri Yunanıstandan musiqi şirkətinin
rəhbəri İlias Kokotos və bəstəkar Dimitris
Kontopulos, hollandiyalı bəstəkar Toni Kornelissen, televiziya
prodüseri, “Avroviziya”da Norveç nümayəndə heyətinin
rəhbəri Stiq Karlsen və Azərbaycandan bəstəkar,
prodüser İsa Məlikov mövzu üzrə fikirlərini
bölüşdülər.
Stiq Karlsen əvvəlcə “Avroviziya”
yarışmasına iştirakçıların cəlb edilməsi
prosesi haqqında məlumat verdi. Bildirdi ki, bu müsabiqədə
ilkin vaxtlarda ən tanınmış musiqiçilər
iştirak edirdisə, son illərdə daha çox gənclər
qatılır. Müsabiqədə uğur əldə etməyin
əsas tərəflərindən biri də musiqi seçimində
trendləri izləməkdir.
İlias Kokotos isə müsabiqədə uğurun əldə
edilməsinə qədər olan mərhələdən
danışdı. Dedi ki, müsabiqədə ilk növbədə
ifaçının seçimi, daha sonra mahnı və səhnənin
tərtibatı əhəmiyyət kəsb edir.
İkinci paneldə “Avroviziya” müsabiqəsində
son trendlər”, “Top 5”ə daxil olacaq
çıxışın sirri nədədir?”
mövzuları üzrə müzakirələr
aparıldı.
Çıxışlarda “Avroviziya”
yarışmasında əldə olunan uğurlar, gələcək
planlar və ümumiyyətlə, bu kimi beynəlxalq musiqi
müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə
təsirindən danışıldı. Bildirildi ki, hazırda
“Avroviziya” müsabiqəsi dünyanın ən populyar, sevilən
musiqi yarışmasıdır. Başda turizm sektoru olmaqla, bir
çox sahədə öz imkanlarını dünyaya
tanıtmaq, təbliğ etmək istəyən ölkələr
bu yarışmaya xüsusi diqqət yetirir. Lakin qalib olmaq
üçün əsas məsələ 26 mahnı
içində fərqlənmək, yaddaqalan hər hansı
bir elementin olmasıdır.
Holland bəstəkar Toni Kornelissen bildirdi ki, “Avroviziya
– 2021”də Azərbaycanın təmsilçisi olmuş Samirə
Əfəndinin ifa etdiyi “Mata Hari” mahnısı böyük
ruh gücünə malikdir. Mahnıda Azərbaycanın milli
musiqi alətləri zurna və nağaranın, eləcə də
Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında
ərsəyə gəlmiş etnik motivlərdən istifadə
edilib.
Qeyd olundu ki, bəzən müsabiqədə ilk
beşliyə düşən mahnı və ifaçı
qısa müddət sonra unudulur. Ancaq elə mahnılar da var
ki, tezliklə populyarlıq qazanır.
Lalə
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.5.