Türk
Dünyasının Yumor Festivalı keçirildi
Tatarıstan təmsilçisi birinci oldu
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 27 noyabr – 3 dekabr tarixlərində keçirilən
“Yaradıcı həftə” rəngarəng tədbirlərlə
yadda qaldı. Həftə çərçivəsində
dekabrın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi
ilə Nizami Kino Mərkəzində Türk
Dünyasının Yumor Festivalı keçirildi.
Festivalın məqsədi qarşılıqlı mədəni
inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və
peşəkar qarşılıqlı fəaliyyət,
inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində
birgə beynəlxalq yaradıcılıq layihələrinin
hazırlanmasıdır.
Açılış nitqi söyləyən
TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov baş
katib Sultan Raevin qonaqlara salamını çatdırdı.
Qeyd etdi ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfə
keçirilir. Bu festivalın məhz Azərbaycanda
keçirilməsi sevindirici haldır. Festivalda Azərbaycan,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan
və Tatarıstandan (RF) yumor sahəsini təmsil edən
yaradıcı sənayenin tanınmış simaları
iştirak edirlər.
Sonra yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm
Əhmədov (hamısı Azərbaycan), Oğulcan Bektaş,
Doruk Kaparlar (hər ikisi Türkiyə), Ayrat Mavlyutov, Bulat
Xanmurzin (hər ikisi Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (hər
ikisi Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (hər ikisi
Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (hər ikisi Qırğızıstan)
“stand-up” istedadlarını nümayiş etdirdilər.
Münsiflər heyətinin qərarına əsasən,
Tatarıstanı təmsil edən Kazan stand-up klubunun
üzvü Bulat Xanmurzin festivalın qalibi adını
qazandı. Qalibə festivalın kuboku təqdim edildi.
Sonda münsiflər heyətinin üzvləri
çıxış edərək festivalın təşkilatçılarına
təşəkkürlərini bildirdilər.
Nurəddin
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.5.