Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (83)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1998-ci il 6 dekabr
Prezident Heydər Əliyev məşhur
qırğız yazıçısı Çingiz Aytmatovu 70
illik yubileyi münasibətilə təbrik edib. “Dünya ədəbiyyatı
xəzinəsinə gözəl əsərlər bəxş
etmiş bir yazıçı kimi Siz həm
Qırğızıstanın, həm də bütun Türk
dünyasının fəxrisiniz”, – deyə təbrik məktubunda
vurğulanırdı.
1998-ci il 9 dekabr
Bakıda keçirilən “İslam sivilizasiyası
Qafqazda” mövzusunda beynəlxalq simpoziumun
açılışı mərasimində nitq söyləyib.
1998-ci il 12 dekabr
İctimaiyyət, elm, ədəbiyyat, mədəniyyət
xadimlərinin və idmançıların bir qrupuna
“İstiqlal”, “Azərbaycan bayrağı”, “Şöhrət”
ordenləri və “Tərəqqi” medallarını təqdim
edib.
“İstiqlal” ordeni alanlar arasında Xalq şairi Bəxtiyar
Vahabzadə, Xalq yazıçısı İsa Hüseynov,
Xalq artisti, bəstəkar Arif Məlikov; “Şöhrət”
ordeni ilə təltif edilənlər arasında Xalq şairi Nəbi
Xəzri, Xalq yazıçısı Yusif Səmədoğlu
(orden mərhum yazıçının qızı Mehriban Vəkilovaya
və qardaşı Vaqif Səmədoğluna təqdim edilib),
Xalq artistəri – xanəndə Qədir Rüstəmov, aktyor Həsən
Məmmədov, kinorejissor Rasim Ocaqov, opera müğənnisi
Gülxar Həsənova vardı.
“...Müstəqil Azərbaycanın dövlət
mükafatları əksərən ölkəmizin elm, mədəniyyət,
incəsənət xadimlərinə təqdim olunur. Bu da təbiidir.
Çünki bizim xalqımız həmişə elmi, mədəniyyəti,
ədəbiyyatı, incəsənəti yüksək qiymətləndirmişdir...
Sizin keçmişdə aldığınız mükafatlar
da, ordenlər də, medallar da qiymətlidir. Onların hər
biri sizin həyatınızın, tərcümeyi-halınızın
parlaq bir səhifəsidir. Ancaq bununla yanaşı, bu
günü görmək – Azərbaycanın müstəqilliyini
görmək, bu zamana qədər yaşamaq
özü-özlüyündə böyük xoşbəxtlikdir.
Müstəqil Azərbaycanın dövlət
mükafatını almaq, şübhəsiz ki, hər bir
insanda böyük iftixar hissi doğurur...”.
Respublika Sarayında Özbəkistanın “Yalla”
ansamblının konsertindən sonra yaradıcı kollektivlə
görüşüb.
1998-ci il 19 dekabr
Respublika Sarayında şair Zəlimxan Yaqubun
yaradıcılığına həsr olunmuş poeziya məclisi
başa çatdıqdan sonra Azərbaycanın incəsənət
ustaları ilə görüşüb.
“...Bizim dahi şairlərimiz, söz ustalarımız
həmişə xalqımıza mənəvi qida veriblər,
xalqımızı ruhlandırıblar... Şeirlə deyilən
sözün təsiri bütün başqa sözlərin
hamısından təsirli olur... Zəlimxan Yaqub bizim bu son illərdə
çox üzə çıxmış, xalq tərəfindən
sevilmiş və öz şeiri ilə, sözü ilə,
öz fəaliyyəti ilə böyük hörmət
qazanmış şairdir. Bugünkü şeir gecəsi də,
poeziya məclisi də bunu bir daha sübut etdi.
...Hərənin bir üslubu vardır. Ancaq Zəlimxanın
xüsusiyyəti bir də ondan ibarətdir ki, çox gözəl
yaddaşı var. Öz yazdığı şeirləri də
həmişə yadında saxlayıb söyləyir, deyir. Bu
xüsusiyyət də indiki gecədə aydın
göründü. Bütün bunlarla əlaqədar, hörmətli
Zəlimxan, mən səni ürəkdən təbrik edirəm...”.
1998-ci il 21 dekabr
Xalq artisti, xanəndə Tükəzban
İsmayılovanı 75 illik yubileyi münasibətilə təbrik
edib.
1999-cu il 3 yanvar
Xalq rəssamı Qəzənfər Xalıqovun 100
illik və teatr xadimi, Xalq artisti İbrahim Həmzəyevin 90
illik yubileyləri haqqında sərəncamlar imzalayıb.
1999-cu il 7 yanvar
Azərbaycan teatr və kino sənətinin
inkişafında böyük xidmətlərinə görə
Xalq artisti Leyla Bədirbəylinin “İstiqlal” ordeni ilə təltif
edilməsi haqqında fərman imzalayıb.
1999-cu il 5 fevral
“Gülüstan” Sarayında Xalq
yazıçısı, görkəmli kino xadimi Rüstəm
İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə
nitq söyləyib.
“...Rüstəm İbrahimbəyov Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə 60-cı illərin əvvəllərində
gəlmiş böyük yaradıcılar dəstəsinin
parlaq nümayəndəsidir. Çox məhsuldar
yazıçıdır, dramaturqdur, kinossenaristdir... Rüstəm
İbrahimbəyov ssenari müəllifi olduğu filmlərdə,
səhnə əsərlərində də, nəsr əsərlərində
də daim həqiqəti, reallığı əks etdirib...
Xatirimdədir, o vaxtlar Azərbaycanda bəzi
yazıçılar, şairlər, bəzi tənqidçilər
çalışırdılar ki, Rüstəm İbrahimbəyovu
və Maqsud İbrahimbəyovu sovet ideologiyasının əleyhinə
çıxan adamlar kimi ifşa etsinlər. Mən o vaxtlar
bunların qarşısını həmişə
almışdım... Təbiidir, əgər axtarsaydıq,
çox dissident çıxarmaq olardı. Amma biz
axtarmırdıq... Ən böyük dissident Bəxtiyar
Bahabzadə idi. Xəlil Rza ən böyük dissidentlərdən
biri idi. Yaxud, götürək Anarı. O da dissident idi. Məsələn,
“Qobustan” jurnalının yaranması və o jurnalın səhifələrində
yayılan əsərlər şübhəsiz ki, dissident
xarakteri daşıyırdı. Mən həmin jurnalı o
vaxtlar daim oxuyurdum, izləyirdim. Bizim milli mədəniyyətimizi,
milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ
edirdi...
Rüstəm İbrahimbəyovun
yaradıcılığının əsas xüsusiyyətlərindən
biri də odur ki, o öz yaradıcılığı ilə
milli çərçivədə qalmayıbdır,
keçmiş Sovetlər İttifaqında çox məşhurlaşıbdır
və dünyada məşhurlaşıbdır. Şübhəsiz
ki, biz öz mədəniyyətimizi, öz ədəbiyyatımızı,
incəsənətimizi, kino sənətimizi yüksək qiymətləndiririk
və özümüz içərimizdə bununla fəxr
edirik. Ancaq bizim mədəniyyətimizin nümunələri,
Azərbaycan yaradıcılarının yaratdığı əsərlər
Azərbaycanın hüdudlarından kənara çıxanda
bu, Azərbaycan mədəniyyətini dünyaya da
yayır...”.
Azərbaycan ədəbiyyatının və kino sənətinin
inkişafındakı xidmətlərinə görə
Rüstəm İbrahimbəyovun “Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında fərman (4 fevral) imzalayıb.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 6 dekabr(¹90).- S.5.