“Yeni
trendlər və gənclər”
Bloger və jurnalistlərin
forumu keçirilib
Yanvarın 30-da Bakıdakı Milli Gimnastika Arenasında Azərbaycan Gəncləri
Günü münasibətilə
“Yeni trendlər və gənclər” adlı bloger və jurnalistlərin forumu keçirilib.
Forumun açılışında
gənclər və idman naziri Fərid
Qayıbov iştirakçıları
2 fevral – Azərbaycan Gəncləri Günü
münasibətilə təbrik
edib.
Nazir qeyd edib ki, bu
həftə ölkəmizdə
“Gənclər həftəsi”
elan olunub. Bu çərçivədə silsilə
tədbirlərin təşkili
nəzərdə tutulub.
Gənclərlə builki görüşümüz
də fərqli formatdadır. Ölkəmizdə 300-dən
artıq gənclər
təşkilatının fəaliyyət
göstərdiyini deyən
nazir ümidvar olduğunu bildirib ki, forum gənclər arasında şəbəkələşmənin
inkişafına böyük
töhfə verəcək.
Sonra söz blogerlərə verilib. Onlar gəncləri
narahat edən problemlərin həlli, şəbəkələşmənin yaradacağı yeni imkanlar və sosial şəbəkələrdə
cəmiyyətin maarifləndirilməsi
istiqamətində görüləcək
işlər barədə
danışıblar.
Mədəniyyət.- 2023.- 1
fevral.- S.2.