Gənc aşpazlar Hindistanda beynəlxalq olimpiadaya qatılıblar

 

Hindistanın Delhi şəhərində Beynəlxalq Hotel İdarəetmə İnstitutunun (International İnstitute of Hotel Management) təşkilatçılığı ilə gənc aşpazların olimpiadası (“Young Chef Olympiad 2023”) keçirilir. Yarışmaya 55 ölkədən, o cümlədən  Azərbaycandan gənc aşpazlar qatılıb.

Azərbaycanın Hindistandakı Səfirliyindən bildirilib ki, beynəlxalq yarışmada ölkəmizi gənc aşpaz Emil Zeynalzadə onun müəllimi təmsil edir. Təmsilçilərimiz Delhidən Qoa şəhərinə gedərək, orada Hindistan, Malayziya, Kolumbiya, Əfqanıstan digər başqa ölkələrin komandaları ilə yarışacaqlar. Komandamız ilk onluğa düşə bilsə, o zaman Hindistanın Kolkata şəhərində keçiriləcək yarışmanın finalına qatılacaq.

Olimpiada fevralın 4-dək davam edəcək.

 

Mədəniyyət.- 2023.- 1 fevral.- S.8.