Dövlət Teatr Muzeyində “Heydər Əliyev İli” çərçivəsində dəyirmi masa

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərdən ibarət layihəyə başlayıb. Yanvarın 31-də layihənin ilk tədbiri – “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni” adlı dəyirmi masa keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılovanın giriş sözündən sonra dahi siyasətçinin ictimai-siyasi fəaliyyətini təcəssüm etdirən eksponatlar əsasında hazırlanmış videoçarx nümayiş olunub.

Sonra gənc alim və tədqiqatçıların “Azərbaycan gəncliyinin gələcəyi olan Heydər Əliyev irsi”, “Ulu öndər və gənclər siyasəti”, “Heydər Əliyevin Azərbaycan elm və mədəniyyətinin inkişafında rolu”, “Heydər Əliyevin mədəniyyət siyasəti: milli teatrın inkişafı”, “Ulu öndərin gənclərin mədəni-maarif  işinə cəlb olunmasında rolu” və digər mövzularda məruzələri dinlənilib. Mövzu ətrafında diskussiya aparılıb.

Dəyirmi masada “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri, muzey əməkdaşları iştirak ediblər.

 

Mədəniyyət.- 2023.- 1 fevral.- S.3.