“Cəfər
Cabbarlı: azad bir ruh”
Bədii-sənədli televiziya filmi çəkilib
“Azərbaycan Televiziya
və Radio Verilişləri”
QSC-nin “Sabah” yaradıcılıq
studiyasında görkəmli
dramaturq Cəfər Cabbarlı haqqında bədii-sənədli televiziya
filmi çəkilib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib ki, “Cəfər Cabbarlı: azad bir ruh”
adlı film “Sabah” studiyasının
“Yad et məni”
bədii-sənədli filmlər
silsiləsindən növbəti
ekran işidir.
Filmdə Cəfər Cabbarlının
ölümündən qabaq
teatrdan küsdürülməsi,
bundan sonra heç nə yazmamasına qərar verməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl
Müşfiqlə rastlaşır,
ona teatrda başına gətirilənləri,
ittiham edilməsini, izlənilməsini danışır.
Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı
şəkildə verilib,
faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.
Çəkilişlərinin bir hissəsi “Azərbaycanfilm” kinostudiyasında
aparılan filmin ssenari müəllifi Seymur Şahbazzadə, quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayevadır. “Yad
et məni” layihəsinin ideya
müəllifi Xalq artisti
Ramiz Həsənoğludur.
Mədəniyyət.- 2023.- 1
fevral.- S.3.