Milli Kitabxana
Macarıstanın rəqəmsal nəşr işi
ilə bağlı təcrübəsindən yararlana
bilər
ADA Universiteti Macarıstanın “Arcanum” rəqəmsal nəşriyyat qurumunun rəhbərliyini bir sıra görüşlər və birgə layihələr həyata keçirmək məqsədilə Azərbaycana dəvət edib.
Yanvarın 30-da “Arcanum”un icraçı direktoru Elöd Biszak Azərbaycan Milli Kitabxanasında olub.
Qonağa Milli Kitabxananın fəaliyyəti, o cümlədən burada həyata keçirilən digitallaşdırma işi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, kitabxanada 2008-ci ildən etibarən müstəqil şəkildə 1 milyondan artıq resurs digitallaşdırılıb. 2020-ci ildə Milli Kitabxana “Azərbaycanda milli elektron kitabxana” layihəsini irəli sürüb, lakin müəllif hüquqlarının qorunması ilə bağlı məsələlər tam həllini tapmadığından bu layihə hələlik həyata keçirilməyib.
Qeyd olunub ki, əgər “Azərbaycanda milli elektron kitabxana” layihəsi baş tutarsa, o zaman Macarıstanın “Arcanum” müəssisəsi kimi şirkətlərə müraciət edilə bilər.
Sonda direktor
Kərim Tahirov qonağa
Milli Kitabxana və Azərbaycan
xalçaları haqqında kitablar, habelə
Azərbaycanın tarix-mədəniyyət abidələrinin xəritəsini
hədiyyə edib.
Mədəniyyət.- 2023.- 1
fevral.- S.3.