“Qarabağ hekayələri:
dünən, bu gün,
sabah”
Kinoalmanaxın nümayişi
başlanır
Fevralın 2-dən etibarən bütün kinoteatrlarda “Qarabağ hekayələri: dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq. Kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir.
“Sizə məktub var...” filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Məzahir Həşimovdur. Əsas rolları Əli Əliyev və Dəniz Tacəddin ifa edirlər. Öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir...
“Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin
elan etdiyi “Böyük qayıdış” müsabiqəsi
çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı
olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayevadır. Əsas rolları Kəmalə Piriyeva və Niyaz Qasımov oynayırlar.
Filmin qəhrəmanı
ailəsini Bərdədə
qoyub özü döyüşə gedən
gəncdir. O, vaxtaşırı
arxa cəbhədə,
Bərdədə qalan
ailəsi ilə danışır. Bir gün bu danışığı
bir bomba partlayışı pozur...
“Hasar” filmi də Mədəniyyət
Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi
çərçivəsində ərsəyə gəlib. “Ultra Production”ın istehsalı
olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşovdur. Əsas rollarıı
Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərov ifa edirlər.
Birinci Qarabağ
müharibəsində oğlunu
itirmiş Elçin Qələbədən sonra
doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün
evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur..
Birinci və İkinci Qarabağ müharibələri və
müharibədən sonrakı
vəziyyəti əhatə
edən kinoalmanax dram janrındadır.
Qeyd edək
ki, kinoalmanaxın kinoteatrlarda nümayişindən
əldə edilən gəlir “YAŞAT” Fonduna ianə ediləcək.
Mədəniyyət.- 2023.- 1
fevral.- S.1.