“Atabəylər: Şəmsəddin Eldəniz”
serialı üçün musiqi müsabiqəsi başa
çatıb
Nəticələr yaxın günlərdə
elan olunacaq...
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən ölkəmizdə ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkilir.
AzTV-də yayımlanacaq “Atabəylər: Şəmsəddin
Eldəniz” adlı ekran işi
üçün ötən il dekabrın 21-də musiqi
(soundtrack) müsabiqəsi elan
olunmuşdu. Bəstələrin son qəbul
tarixi bu il yanvarın
25-i təyin edilmişdi.
“Azərbaycan Televiziya
və Radio Verilişləri”
QSC-nin İctimaiyyətlə
əlaqələr və
sosial media şöbəsindən
bildirildi ki, müsabiqəyə 20-dən çox
bəstəkar əsərini
təqdim edib. Müsabiqənin nəticələri yaxın
günlərdə açıqlanacaq.
Qeyd edək
ki, iki mövsüm
üçün nəzərdə
tutulan çoxseriyalı
bədii televiziya filminin ilk mövsümü
24 bölümdən ibarət
olacaq. Filmdə Azərbaycan Atabəylər
dövlətinin qurucusu
Şəmsəddin Eldəniz,
Möminə xatın,
Məhəmməd Cahan
Pəhləvan, Qızıl
Arslan, Nizami Gəncəvi, Nəsrəddin
Tusi, Memar Əcəmi Naxçıvani,
Sultan Səncər, Vəzir
Kəmaülmülk və
başqa şəxsiyyətlərin
obrazları canlandırılacaq.
Filmin çəkilişi
Türkiyədə və
ölkəmizdə fəaliyyət
göstərən peşəkar
kino işçilərindən
formalaşdırılan yeni
prodakşn “Şahdağfilm”ə
həvalə olunub.
Lalə
Mədəniyyət.- 2023.- 3
fevral.- S.8.