Üç filmdə birləşən “Qarabağ hekayələri”

 

Kinoalmanaxın nümayişindən əldə olunacaq vəsait “YAŞAT” Fonduna ianə ediləcək

 

Fevralın 2-də paytaxtın bütün kinoteatrlarında “Qarabağ hekayələri: dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanıb. Kinoalmanax üç qısa filmdən ibarətdir. Nizami Kino Mərkəzində qısametrajlı filmlərin yaradıcı heyəti ilə görüş və təqdimat mərasimi keçirildi.

İlk olaraq kinoalmanaxın “Sizə məktub var...” filminin rejissoru Məzahir Həşimov ekran işi haqqında məlumat verdi. Bildirdi ki, film “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Əsas rolları Əli Əliyev və Dəniz Tacəddinin canlandırdığı film Daşkəsən rayonunda lentə alınıb. Ekran əsərində öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir...

Film bir il müddətinə hazırlansa da, çəkilişlər qocaman rejissor Akif Rüstəmovun (ikinci rejissor) sayəsində 4 gün müddətində başa çatıb. Xronometrajı 40 dəqiqə olan film festival üçün deyil, yerli tamaşaçılar üçün nəzərdə tutulub.

Kinoalmanaxın ikinci filmi olanArxa cəbhə” Mədəniyyət Nazirliyinin elan etdiyiBöyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissorussenari müəllifi Gülay Babayeva, əsas rollardan birinin ifaçısı Kəmalə Piriyeva çəkilişlərlə bağlı təəssüratlarını bölüşdülər. Rejissor filmdə uşaqların da rol aldığını bildirdi. Dedi ki, uşaqlarla işləmək çətin olsa da, bir o qədər uğurlu alındı.

Ailəsini Bərdədə qoyub döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı kəsir..

Silsilənin üçüncü ekran işi “Ultra Production”da istehsal edilənHasarfilmidir. Rejissor Qulu Əsgərov diqqətə çatdırdı ki, film bir müddət əvvəl Qısametrajlı filmlər festivalında mükafata layiq görülüb. Ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı Əlibala Əsgərovdur.

Hasarfilmi Böyük qayıdışmüsabiqəsi çərçivəsində çəkilib. Ekran əsərində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin Qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə əngəl olur...

Yaradıcı heyət bildirdi ki, Birinci  İkinci Qarabağ müharibələri və sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır. Qeyd edildi ki, kinoteatrlarda qısametrajlı filmlərə baxış ənənəsi bərpa olunmalıdır.

Diqqətə çatdırıldı ki, gənc rejissorlara dəstək baxımından “Böyük qayıdış” layihəsi uğurlu addım idi. “Arxa cəbhə”nin icraçı prodüseri Elməddin Alıyev dedi ki, hər üç filmin yaradıcı heyətinin birgə təşəbbüsü ilə filmlərin nümayişindən əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Çıxışlardan sonra filmlər nümayiş olundu. Ekran əsərləri maraqla qarşılandı.

 

Lalə

Mədəniyyət.- 2023.- 3 fevral.- S.1;2.