Mədəniyyətimizin böyük
hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
(əvvəli ötən sayımızda)
1974-cü il 11 iyun
Azərbaycan KP MK-nın Birinci
katibi Heydər Əliyev Bakı şəhəri
Leninneft seçki dairəsindən
9-cu çağırış SSRİ Ali
Sovetinin deputatlığına namizəd kimi seçkiqabağı görüşdə
nitq söyləyib. O, həmin il iyunun
26-da SSRİ Ali Sovetinin deputatı
seçildi. Heydər Əliyev seçicilərlə
görüşdə respublikada
mədəniyyət sahəsinin
inkişafından da söz açıb.
“Elm və mədəniyyətin
inkişafında böyük
nailiyyətlər qazanılmışdır...
Yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız Vətəni,
zəhmətkeş sovet
adamını, Azərbaycan
xalqının zəngin
ənənələrini və
şanlı tarixini tərənnüm edən
yeni-yeni kamil sənət əsərləri
yaratmışlar.
Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti
günləri, Bakıda
keçirilən VII Ümumittifaq
kinofestivalı, Azərbaycan
teatrının 100 illiyi
böyük ictimai-siyasi
hadisə oldu, mədəniyyətin, xalqlar
arasında qardaşlıq
və dostluğun unudulmaz bayramına çevrildi...”.
1974-cü
il 28 avqust
Heydər
Əliyev Sovet İttifaqının aparıcı
ali məktəblərinə
oxumağa gedən azərbaycanlı tələbələrlə
görüşüb.
1974-cü
il 4 oktyabr
Heydər
Əliyev Naxçıvan
MSSR-nin yaradılmasının
50 illik yubileyi və SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq fərmanı ilə muxtar respublikaya “Oktyabr İnqilabı” ordeninin təqdim olunması münasibətilə
Naxçıvan şəhərində
keçirilən təntənəli
yığıncaqda nitq
söyləyib. Qeyd etmək
lazımdır ki, Heydər Əliyevin rəhbərliyi dövründə
Azərbaycanın bütün
bölgələri kimi,
Naxçıvan da ahəngdar inkişaf yolu keçmişdi.
Heydər Əliyev 1970-1982-ci illərdə muxtar respublikaya 4 dəfə
(1974, 1978, 1980, 1982) səfər etmiş və hər səfərdə bölgənin gələcəyi
üçün mühüm
qərarlar qəbul edilmişdi.
“...Naxçıvan yarım əsr ərzində böyük və şanlı yol keçib. 50 il
tarixcə bir an kimidir. Lakin iqtisadi, ictimai, siyasi və mədəni tərəqqi
pillələri ilə
yüksəlişimizin hər
ili on illərə
bərabərdir...
... Müharibədən sonrakı
beşilliklərdə bütün
Azərbaycan zəhmətkeşləri
kimi Naxçıvan zəhmətkeşləri də
iqtisadi, ictimai-siyasi və mədəni inkişafın yeni zirvələrini fəth etdilər... Müasir klubların, kitabxanaların,
muzeylərin, teatrların,
mədəniyyət saraylarının
geniş şəbəkəsi
mədəniyyət işığını
kütlələr içərisində
yayır.
Naxçıvanda xalq ziyalıları yetişmişdir. Burada minlərlə müəllim
və həkim, mühəndis və texnik, kənd təsərrüfatı mütəxəssisi,
alim, ədəbiyyat və incəsənət xadimi yaşayıb-yaradır.
Azərbaycan xalqı ədəbiyyat, elm və mədəniyyətimizin görkəmli
naxçıvanlı nümayəndələri
olan böyük maarifçi-humanist Cəlil
Məmmədquluzadə, Azərbaycan
sovet inqilabi romanının banisi Məmməd Səid Ordubadi, çoşqun ilhamlı şair-dramaturq Hüseyn Cavid və görkəmli sovet alimi Yusuf Məmmədəliyevlə haqlı
olaraq fəxr edir.
Respublikanın mədəni həyatında
heyrətamiz dəyişikliklər
baş vermişdir. Keçmişə
aid acınacaqlı bir
fakt gətirmək istəyirəm: inqilabdan əvvəl bir nəslin ömrü müddətində naxçıvanlıların
hər 100 nəfərindən
98 nəfəri savadsiz
idi. Bizim həyatımıza, sovet dövrü həyatına
aid fakt isə belədir: indi Naxçıvan MSSR də
müxtəlif təhsil
növlərinə 70 mindən
artıq adam
cəlb olunmuşdur. Başqa sözlə desək, əhalinin hər üç nəfərindən
biri təhsil alır. Naxçıvan Pedaqoji İnstitutunun
açılması, Azərbaycan
SSR Elmlər Akademiyası
Naxçıvan elm mərkəzinin
yaradılması respublikanın
mədəni yüksəlişinə
qayğı və diqqətin ifadəsidir.
İndi
Naxçıvan dinamik
inkişaf edən çoxsahəli iqtisadiyyatı,
inkişaf etmiş ictimai strukturu, yüksək səviyyəli
maarif, səhiyyə və mədəniyyəti
olan muxtar respublikadır...”
***
Azərbaycanda mədəniyyətin, incəsənətin,
ədəbiyyatın inkişafına
töhfələr verən
yaradıcı insanlar
yüksək dövlət
təltiflərinə, fəxri
adlara layiq görülürdü.
1974-cü
il 17 yanvar
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan sovet ədəbiyyatının
inkişafında və
təbliğ edilməsində
böyük xidmətlərinə
görə Nikolay Semyonoviç Tixonova Azərbaycanın “Xalq şairi” adı verilib. Rus şairi N.Tixonov
Azərbaycan şairlərinin
bir çox əsərlərini rus dilinə tərcümə
etmişdi.
1974-cü
il 1 iyun
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatr sənətinin inkişafinda
xidmətlərinə görə
və Azərbaycan teatrının 100 illiyi ilə əlaqədar olaraq bir qrup
teatr xadimi fəxri adlara layiq görülüb.
“Xalq artisti” fəxri
adı – Sofya Bəsirzadə-Vəzirova, Məlik
Dadaşov, Nəcibə
Məlikova, Məmmədrza
Şeyxzamanov (Azərbaycan
Dövlət Akademik
Dram Teatrının artistləri);
Tofiq Kazımov (Akademik Dram Teatrının
baş rejissoru); Məmməd Quliyev (C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Dram Teatrı); Nina Sarnatskaya
(Dövlət Rus Dram Teatrının artisti).
“Xalq rəssamı”
– Bədurə Əfqanlı-Cəfərova
(teatr rəssamı).
“Əməkdar incəsənət
xadimi” – Rahib Hüseynov (Azərbaycan Dövlət İncəsənət
İnstitutunun rektoru);
Əşrəf Quliyev
(Akademik Dram Teatrının
rejissoru).
Həmçinin bir qrup şəxsə
“Əməkdar artist” və
“Əməkdar mədəniyyət
işçisi” fəxri
adları verilib.
1974-cü il 1 avqust
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet teatr sənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti İsmayıl Osmanlıya “SSRİ Xalq artisti” fəxri adı verilib.
1974-cü il 7 avqust
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet teatr sənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Dövlət Akademik Dram Teatrının rejissoru Mehdi Məmmədova “SSRİ Xalq artisti” fəxri adı verilib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 3
fevral.- S.5.