Mifoloji düşüncədə ana
və at kultları
AMEA Folklor İnstitutunun
Mərasim folkloru şöbəsinin baş
elmi işçisi, filologiya elmləri doktoru, dosent Nübar Həkimovanın
“Azərbaycan mifoloji düşüncəsində ana
və at kultları” kitabı işıq üzü görüb.
İnstitutdan bildirilib ki, yeni nəşr Azərbaycan mifopoetik düşüncə tarixinin
köklərinə, folklorumuzun
ən dayanıqlı
arxetipləri olan ana və at kultlarına həsr olunub. Yeddi fəsildən ibarət
olan kitabda qadın-ana və at kultlarının mifopoetik kodları, semantik-bədii
xüsusiyyətləri, bu
kultların folklordakı
təzahürü, milli-mənəvi
düşüncədəki yeri və digər
məsələlərə aydınlıq gətirilib.
“Elm və təhsil” nəşriyyatında çap
olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Seyfəddin
Rzasoy, rəyçiləri
pedaqogika elmləri doktoru, professor Rüfət
Hüseynzadə və
filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılovdur.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.6.