Salyan Kukla Teatrında
“Dovşanın ad günü”
Fevralın 4-də Salyan Dövlət Kukla Teatrında “Dovşanın ad günü”
tamaşasının premyerası
keçirilib.
Yazıçı Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan tamaşada dostluğun gücündən söhbət açılır. Çəpiş, alabaş, quzu, kirpi və bahar quşu dovşanın ad gününə yığılır. Bu zaman onlara hiyləgər tülkü və tamahkar canavar mane olur. Dostlar birləşərək onları dovşanın evindən qovurlar.
Tamaşanın quruluşçu
rejissoru Əməkdar mədəniyyət
işçisi Laləzar Huseynova,
rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir.
Rolları Xuraman Qədirova, Mirxədicə
Mirzəyeva, Mədinə Ramazanova, Röyal Qurbanov, Maytab Gözəlova, Gülay
Abaslı, Nərmin Hüseynli, Böyükağa Mehdizadə
canlandırıb.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.4.