“Düşün və
yarat!”
Müsabiqəyə əsər qəbulu davam edir
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Düşün və yarat!” adlı yaradıcılıq müsabiqəsinə əsər qəbulu davam edir.
“Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə xüsusilə yeniyetmə və gənclər arasında yaradıcı düşüncənin inkişaf etdirilməsi məqsədi daşıyır.
Rəsm müsabiqəsində iştirak etmək istəyənlər Xətai Sənət Mərkəzinin feysbuk qrupuna daxil olmaqla əsərin fotosu ilə bərabər, texnikası, materialı, adı, həmçinin özləri barədə məlumatı (müəllif adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəb, əlaqə nömrəsi) yerləşdirə bilərlər.
Müsabiqədə 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ölçü və texnikada seçim sərbəstdir. İştirakçı bir və ya iki əsəri təqdim edə bilər. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.
Müsabiqəyə əsər qəbulu fevralın
15-dək nəzərdə tutulur.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.7.