Gənc aşpaz beynəlxalq olimpiadanın qalibi olub

   

 

Xəbər verdiyimiz kimi, 29 yanvar – 4 fevral tarixlərində Hindistanın Delhi şəhərində Beynəlxalq Hotel İdarəetmə İnstitutunun təşkilatçılığı ilə gənc aşpazların olimpiadası (“Young Chef Olympiad – 2023”) keçirilib.

9-cu dəfə keçirilən olimpiadaya 50-dən çox ölkədən, o cümlədən  Azərbaycandan gənc aşpazlar qatılıblar.

İştirakçılar ilkin mərhələdə qruplara bölünərək Hindistanın müxtəlif şəhərlərində aşpazlıq qabiliyyətlərini sınayıblar. İlk onluğa düşən komandalar Kəlkütə şəhərində final mərhələsində yarışıblar. Dünyaca tanınmış kulinar və aşpazların, o cümlədən alman, fransız mütəxəssislərin daxil olduğu münsiflər heyətinin qərarına əsasən, Azərbaycanı təmsil edən Emil Zeynalzadə yarışın qalibi olub. İkinci yeri Tailand, üçüncü yeri isə Hindistanın təmsilçisi tutub

 

Mədəniyyət.- 2023.- 8 fevral.- S.8.