Azərbaycanlı
müəlliflərin kitabları Qahirə sərgisində
Yaxın Şərq, Afrika və Asiyadan 53 ölkənin təmsil olunduğu 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində azərbaycanlı müəlliflərin kitabları da təqdim edilib.
Qahirə Universitetinin professoru Seymur Nəsirovun “Ərəb elminin inkişafında azərbaycanlı alimlərin rolu” kitabı sərgiyə gələnlərin marağına səbəb olub. Tədqiqatçı alimin əsərində Orta əsrlərə aid ərəb mənbələrində azərbaycanlı alimlərin fəaliyyəti barədə müfəssəl məlumatlar yer alıb.
Sərgidəki Azərbaycan stendində ərəbdilli
oxuculara daha bir nəşr – “Discover Azerbaijan” layihəsi çərçivəsində
çap olunmuş “Azərbaycan
sədası” kitabı da təqdim edilib. Doktor Sədaqət Əliəşrəf, Azərbaycan
Respublikası Diasporla İş
üzrə Dövlət Komitəsi Ərəb Ölkələri
üzrə Koordinasiya Şurasının Misir üzrə əlaqələndiricisi Səbinə
Sultan və Ayn-Şəms Universiteti
tibb fakültəsinin tələbəsi Sandi Ənvərin müəllifi olduqları kitabda Azərbaycanın şəhərləri
(Bakı, Gəncə, Şamaxı, Lənkəran, Şəki,
Şuşa, Laçın) haqqında geniş məlumat verilib.
Nəşr Misirin bir
sıra kitabxanalarına təqdim olunub.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.8.