Sağlam və narkomaniyadan
uzaq gənclik
Dənizkənarı Milli Parkda
konsert proqramı təşkil edilib
Fevralın 5-də Dənizkənarı Milli Parkda Yeni Azərbaycan
Partiyasının (YAP) təşkilatçılığı
ilə konsert proqramı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində
təşkil olunan konsert proqramında tanınmış gənc
ifaçılar çıxış
ediblər.
YAP-dan bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə
və narkomanlığa
qarşı mübarizəyə
dair 2019-2024-cü illər
üçün Dövlət
Proqramı”nın icrası
ilə əlaqədar
partiyanın Mərkəzi
Aparatının, “Azərbaycan
Televiziyası və
Radio Verilişləri” QSC və
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının daimi
fəaliyyət göstərən
İşçi Qrupunun
2023-cü il üçün
birgə Tədbirlər
Planı çərçivəsində
gənclərin iştirakı
ilə idman yarışlarının və
mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə
tutulur.
Dənizkənarı Milli Parkda konsert proqramı da yeniyetmə və gənclər arasında
milli-mənəvi dəyərləri təbliğ etmək, sağlam və narkomaniyadan
uzaq gəncliyin formalaşmasına
töhfə vermək məqsədilə təşkil olunub.
Mədəniyyət.- 2023.- 8
fevral.- S.7.